"Ural Hava Yolları" Rusiya Federasiyası vətəndaşlarının Azərbaycandan daşınmasını həyata keçirəcək.
Eləcə də bax: Ukraynadan Azərbaycana daha bir yeni - Aviareys Açılacaq
FED.az xəbər verir ki, 4 dekabr 2020-ci il, Bakı – Dekabr ayında "Ural Hava Yolları" aviaşirkəti Rusiya vətəndaşlarını Vətənlərinə çatdırmaq məqsədilə Bakı-Moskva ("Jukovski" hava limanı) marşrutu üzrə üç çarter reysi həyata keçirəcəkdir.
Reyslər Rusiya vətəndaşı olan və ya Rusiyaya giriş hüququna malik, habelə koronavirusa (COVID-19) dair testdən keçmiş və mənfi nəticə əldə etmiş sərnişinlərin daşınması üçün nəzərdə tutulub.
Çarter reysləri dekabrın 12-si, 19-u və 26-sı Heydər Əliyev Beynəlxalq Aeroportunun 1-ci Terminalından həyata keçiriləcəkdir.
Xatırladaq ki, noyabrın 26-dan etibarən "Aeroflot" aviaşirkəti də Rusiya vətəndaşlarının daşınması üçün Bakı-Moskva marşrutu üzrə çarter reysləri həyata keçirir. Uçuşlar həftədə iki dəfə cümə axşamı və bazar günləri icra olunur.