Ukraynanın “SkyUp” aşağı büdcəli aviaşirkəti Zaporojedən Bakıya uçuşlar həyata keçirəcək.
FED.az xəbər verir ki, Ukrayna mətbuatının verdiyi məlumata görə, bu barədə Ukrayna Dövlət Aviasiya Xidmətinin məlumatında deyilir.
Eləcə də bax: Azərbaycanla Belarus arasında birbaşa aviareyslər bərpa edilir
Bildirilir ki, Ukrayna Dövlət Aviasiya Xidməti “SkyUp” aviadaşıyıcı şirkətinə Zaporojye hava limanından hava xətlərinin istifadəsinə icazə verib. Zaporojye-Bakı aviareysi həftədə iki dəfə həyata keçiriləcək.
Aviareyslərin həyata keçirilməsinə 2021-ci ilin martın 28-dən başlanılacaq və məhdudiyyətsiz müddət üçün etibarlıdır.
Bundan başqa, “SkyUp” loukosteri Zaporojyedən Ştutqarta da aviareyslər həyata keçirəcək. Bu reyslər də gələn ilin martın 28-dən başlanılacağı gözlənilir və həftə də iki dəfə baş tutacaq.(Report)