Çinin Liaoninq əyalətinin Telin şəhərindən Moskvaya yeni konteyner dəmir yolu marşrutu açılıb.
Eləcə də bax: Rusiya ilə Çin arasında 6 ayda ticarət dövriyyəsi 100 milyard dollara - YAXINLAŞIB
FED.az xəbər verir ki, bu barədə Federasiyasının Harbin şəhərindəki Baş Konsulluğu məlumat yayıb.
"Oktyabrın əvvəlində Çinin Telin şəhərindən Moskvaya yola düşmüş ilk yük qatarı Transbaykalsk-Mançuriya dəmir yolu keçid məntəqəsindən keçib. Ümumi dəyəri təxminən 77 milyon yuan olan ixrac malları 50 konteyner ilə ölkəmizə göndərilib”.
Bildirilir ki, yeni marşrut üzrə Çindən yüklərin çatdırılması 15 gün çəkir, gediş və təyinat məntəqələri arasındakı məsafə isə 7,5 min kilometrə yaxındır.
Baş Konsulluq xatırladıb ki, 2022-ci ilin 8 ayı ərzində Transbaykalsk-Mançuriya dəmir yolu keçid məntəqəsindən hər iki istiqamətdə üç mindən çox konteyner qatarı keçib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 40% çoxdur.
Çin Xalq Respublikasının Baş Gömrük İdarəsinin son məlumatlarına görə, 2022-ci ilin ilk səkkiz ayında Rusiya və Çinin ticarət dövriyyəsi 31,4% artaraq 117,205 milyard dollar təşkil edib. (Marja)