Rusiyanın “Ural Airlines” aviaşirkəti oktyabrın 29-dək Azərbaycan, Özbəkistan, Qazaxıstan və Ermənistana uçuşları təxirə salmaq məcburiyyətində qalıb.
Eləcə də bax: Yekaterinburqdan Bakıya uçuşlar - BAŞLAYIR - QİYMƏT
FED.az xəbər verir ki, bu barədə aviaşirkətin yaydığı məlumatda bildirilir.
Məlumatda həmçinin qeyd olunur ki, göstərilən tarixədək Krasnodar, Simferopol, Anapa, Gelencik, Rostov-na-Donu və Voronej hava limanlarına da uçuşlar ləğv edilib. (Apa)


 
            
 
                            
                            
                        
 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                








