2023-cü ilin sonuna olan məlumata görə Azərbaycanda hər min nəfərə 148 minik avtomobili düşüb.
FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Bu ötən ilə nisbətən 7 ədəd çoxdur.
2022-ci ildə isə hər min nəfərə 141 avtomobil düşüb.
Hər yüz şəxsi ev təsərrüfatına düşən şəxsi minik avtomobillərinin sayı 2022-ci illə müqayisədə 4 ədəd artaraq 62-yə, hər kilomter şosse yollarına düşən avtomobillərin sayı da 4 ədəd artaraq 91-ə yüksəlib.
Hər min nəfərə düşən ümumi avtomobillərin sayı isə 1 ərzində 9 ədəd artaraq 171-ə yüksəlib.