2023-cü ilin sonuna Azərbaycanda qeydiyyatda olmuş 31 min 460 ədəd avtobusun 28 min 3 ədədinin və ya 89%-nin yaşı 10 ildən yüksək olub.
Bu barədə FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata əsasən avtobusların 8 min 145 ədədinin və ya 25,9%-nin yaşı 10 ildən 20 ilədək, 19 min 858 ədədinin və ya 63,1%-nin yaşı isə 20 il və yuxarıdır.
Bundan başqa yaşı 5 iləqədərki, olan avtobusların sayı 1 567 ədəddir və bu ümumi avtobsuların 5%-ni təşkil edib. 5-10 il arası avtomobillərin sayı isə 1 890 ədəd olub ki, bu da ümumi avtomobillərin sayının 6%-ni təşkil edib.