2023-cü ildə avtomobil nəqliyyatı ilə yük daşınmadan gəlirlər 842 milyon 733,8 min manat təşkil edib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Bu 2022-ci ilin eyni dövrü ilə ilə müqayisədə 55 milyon 659,5 min manat və ya 7% artıb.
2022-ci ildə avtomobil ilə yük daşımalarından 787 milyon 74,3 min manat gəlir əldə etmişdi.
Bununla yanaşı ötən il avtomobillərlə 134 milyon 216,2 milyon ton yük daşınıb ki, bu da 2022-ci ilə nisbətən 8 milyon 191,6 min ton və ya 7% çoxdur.
Avtomobillərlə daşınan yüklərin 79 milyon 816,5 min tonu fiziki şəxslər olan fərdi sahibkarların payına düşüb ki, bu da illik müqayisədə 5 milyon 254,2 min ton və ya 7% çoxdur.
Hesabat dövründə yük dövriyyəsi 847 milyon ton-km (7%) artaraq 12 milyard 449,5 milyon ton-km-a çatıb.
Bunun da 6 milyard 961,3 milyon ton-km hissəsi fiziki şəxslərin (fərdi sahibkarlar) payına düşüb. Bu da əvvəlki illə müqayisədə 485,7 milyon ton-km və ya 8% çoxdur.