2023-cü ildə Bakı metrosu sərnişindaşımadan 83 milyon 483 min manat gəlir əldə edib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Bu 2022-ci illə müqayisədə 22 milyon 733 min manat və ya 37% çoxdur.
2022-ci ildə Bakı metrosu 60 milyon 750 min manat gəlir əldə etmişdi.
Məlumat üçün qeyd edək ki, metro nəqliyyatı ilə 219 milyon 452 min sərnişin daşınıb, sərnişin dövriyyəsi 2 milyon 590 min 191 sərnişin-km təşkil edib. İlik müqayisədə sərnişin daşımaları 10 milyon 756 min nəfər (5%), sərnişin dövriyyəsi 126 min 952 sərnişin-km (5%) artıb.