Sosial şəbəkədə vaxtı və yeri təyin edib rayon və şəhərlərə pulsuz gedirlər.
FED.az xəbər verir ki, Pərvin Muradxanovun sözlərinə görə, 5 ildir ki, fəaliyyət göstərən qrupun hazırda 11 minə yaxın üzvü var. Sərnişin sadəcə gedəcəyi tarixi qeyd etməklə eyni istiqamətdə gedən digər sürücünün xidmətindən yararlanmaq imkanı əldə edir. Sürücülərin bəziləri səfərləri könüllülük prinsipi ilə ödənişsiz həyata keçirir.
Eləcə də bax: Bu ünvanlarda - TRAMVAY XƏTTİ OLACAQ - SİYAHI
Burda əsas məqsəd eyni istiqamətə gedən insanları əlaqələndirərək onların yol yoldaşı olmasını təmin etməkdir. Hər gün işə və ya dərsə gedən sərnişinlər də bu qrupdan yararlanır.
Hətta qonşu ölkələrə gedənlər də burdakı sürücülərin xidmətindən istifadə edə bilirlər. Bu səfərlərin bəziləri ödənişsiz, bəziləri isə adi taksilərlə müqayisdə 50 faiz daha ucuz olur.
Pərvin Muradxanov qrupun faydalılığını nəzərə alaraq gələcəkdə onun sayt, yaxud proqram olaraq daha əlçatan şəklə gətirmək niyyətindədir.
xezerxeber.az