“Bakıda və onun ətrafında tramvay xətlərinin çəkilməsi istiqamətində çalışırıq”.
FED.az xəbər verir ki, bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov Yeni Azərbaycan Partiyasının qərargahında keçirdiyi mətbuat konfrasında deyib.
Eləcə də bax: Bakıda tramvay və trolleybusun bərpası üzrə - MÜZAKİRƏ BAŞLAYIB
“Vaxtilə Bakıda mövcud olmuş travmay xətlərinin sökülməsi ilə ölkəyə ziyan vurulub. İndi bu xətləri yenidən yaratmaq çətindir. Odur ki, xarici şirkətlərə müraciət etmişik. Biznes-plan hazırlanır.
Tramvay xətləri Bakının Əhmədli və Biləcəri, Abşeron rayonun Pirşağı, Sumqayıt şəhərinin Hacı Zeynalabdin Tağıyev kimi qəsəbələrini əhatə edəcək”, - o qeyd edib.
Report