Bakının hava limanında əlverişsiz hava şəraiti (güclü duman) səbəbindən AZAL-ın Nyu-York-Bakı reysini yerinə yetirən təyyarəsinin kapitanı Gəncənin hava limanına eniş etmək qərarına gəlib.
Eləcə də bax: AZAL təyyarəsinin ayaqyolundan 18 ədəd “iPhone” çıxdı - VİDEO
FED.az xəbər verir ki, bu barədə “Azərbaycan Hava Yolları” QSC məlumat yayıb.
Bildirilir ki, "Boeing 787 Dreamliner” təyyarəsi yerli vaxtla saat 07:33-də Gəncənin hava limanına uğurlu eniş edib.
Reysin sərnişinləri hava limanının terminalında yerləşdirilib, yemək və içkilərlə təmin olunublar.
Eləcə də bax: AZAL qış uçuş cədvəlini - AÇIQLADI
Hava şəraiti yaxşılaşdıqdan sonra təyyarə Gəncədən Bakıya Bakı vaxtı ilə 10:01-də uçub.
Qeyd edək ki, güclü duman Bakı Beynəlxalq Aeroportunda bəzi reyslərin gecikməsinə də səbəb olub. Lakin hal-hazırda Bakının hava limanı normal qrafik əsasında işləyir.