Nəqliyyat

AZAL qış uçuş cədvəlini - AÇIQLADI

AZAL qış uçuş cədvəlini - AÇIQLADI | FED.az
13:01 28 Okt 2019

“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) oktyabrın 27-i tarixindən etibarən qış uçuş cədvəli qüvvəyə minib.

FED.az xəbər verir ki, bu barədə AZAL-dan bildirilib. Qış uçuş cədvəli çərçivəsində Bakıdan aşağıdakı istiqamətlər üzrə birbaşa reyslər həyata keçiriləcək:

Eləcə də bax: AZAL endirimlərə başladı – ŞƏHƏRLƏR – BİLETLƏRİN QİYMƏTLƏRİ

- Almatı
- Ankara
- Antalya
- Pekin
- Berlin
- Dubay
- Gəncə
- İstanbul
- Ciddə
- Küveyt
- London
- Milan
- Moskva
- Naxçıvan
- Nyu-York
- Paris
- Sankt-Peterburq
- Tel-Əviv⠀⠀
Həmçinin 20-dən çox istiqamət üzrə uçuşlar "code-share" tərəfdaş aviaşirkətlər ilə birlikdə yerinə yetiriləcək. Gəncədən Bakı və Moskvaya reyslər, həmçinin Sankt-Peterburqa çarter reysləri həyata keçiriləcək. Lənkərandan Moskvaya birbaşa reyslər həftədə bir dəfə olmaq ilə davam etdiriləcək. Qış uçuş cədvəli 28 mart tarixinədək qüvvədə olacaq. 

 

Digər xəbərlər