Mart ayında Süveyş kanalının bloklanmasından sonra nəqliyyat sahəsi hələ də özünə gələ bilməyib. Daha bir problem isə Çinin COVID-19 səbəbindən Yantyan dəniz terminalını bağlaması ilə bağlıdır.
Eləcə də bax: Misir Süveyş kanalını bağlayan gəmini – KOMPENSASİYA ALANA QƏDƏR SAXLAYACAQ
FED.az xəbər verir ki, Avropaya 40 futluq bir konteynerin göndərilməsi 11 min ABŞ dollarına başa gəlir.
May ayında bu, 8,5 min ABŞ dolları, 2020-ci ilin oktyabrında isə 2 min ABŞ dollarına başa gəlirdi.
Hazırda Çinin sözügedən terminalında iş yalnız 70 % bərpa edilib. (Report)