Almaniyanın “Lufthnansa” şirkəti 2 sentyabr tarixinə bütün reysləri təxirə salıb.
Eləcə də bax: “Lufthansa” və KLM uçuşları - LƏĞV EDİR
FED.az xəbər verir ki, buna səbəb pilotların tətil etməsidir. Frankfurt və Münxen aeroportlarında 800-dən çox uçuş ləğv edilib. Bu da 130 mindən çox sərnişinə təsir edəcək.
Həmkarlar təşkilatının maaşları 5% artırmaqla bağlı təklifi rədd edildiyi üçün pilotlar 24 saat tətil etməyə qərar verib. Hazırda Avropanın ilk aviaşirkəti olan “Lufthansa”da 5 500 pilot çalışır. (Apa)