Avropanın iki ən böyük aviaşirkəti aşağı və orta sinif biletlərin satışını məhdudlaşdırıb.
Eləcə də bax: "British Airways" 10 mindən çox reysi - LƏĞV EDİB
FED.az xəbər verir ki, bununla yanaşı, xeyli sayda uçuşlar da ləğv edilib.
Məlumata görə, “Lufthansa” və KLM Covid-19 qaydalarının yumşaldılmasından sonra uçuşlara tələbatın artması və işçi heyətinin çatışmazlığı nəticəsində yaranan səyahət problemlərini həll etmək üçün belə adımlar atıb.
Bildirilir ki, ötən həftə 140 avroya olan biletləri hazırda yalnız 770 avroya əldə etmək mümkündür. (Oxu.az)