Dünyanın ən böyük nəqliyyat şirkətlərindən biri olan “CMA CGM Group” Rusiyanın konteyner operatoru “Lopper”in 50%-ni satıb. Hüquqi şəxslərin Vahid Dövlət Reyestrinin məlumatlarına əsasən, sövdələşmə aprelin 12-də başa çatıb və 1 avro dəyərindədir.
Bu ölkə Rusiyanın dondurulmuş aktivlərindən pul qazanır – 1 İLDƏ 625 MİLYON AVRO
FED.az Banker.az-a istinadən xəbər verir ki, “CMA CGM Group” dünyanın üçüncü ən böyük konteyner daşıma şirkətidir. “Alphaliner”ə görə, onun donanmasının ümumi tutumu 3.4 milyon konteynerdən çoxdur. 2022-ci ilin sonunda şirkətin gəliri 74.5 milyard dollar, xalis mənfəəti isə 24.9 milyard dollar təşkil edib.