Ukraynaya hücumu nəticəsində Rusiyaya qarşı tətbiq edilən sanksiyalar və aktivlərinin dondurulması Rusiyaya zərər verməklə yanaşı, aktivlərin dondurulduğu ölkələrə böyük qazanc gətirir.
FED.az xəbər verir ki, Belçika dondurulmuş rusiya aktivlərindən bir ildə 625 milyon avro əldə qazanc əldə edib.
Bu barədə məlumat yayan «Soir» qəzet xatırladır ki, Belçikada Rusiyanın 250 milyard avroluq aktivləri dondurulub.
«Dövlət büdcəsinin sonuncu auditi zamanı hökumət gözlənilmədən böyük həcmdə nəzərdə tutulmayan gəlir aşkar edib. Rusiya dondurulmuş aktivlərindən 625 milyon avro daxil olub»-deyə hökumət açıqlama yayıb.
Qeyd edək ki, Rusiya tərəfinin 250 milyard dollarlıq aktivləri beynəlxalq «Euroclear» depozitariyası vasitəsilə yerləşdirilmişdi. «Euroclear» bu vəsaitləri yenidən investisiya edib və 821 milyon avro qazanıb, bu məbləğdən vergi də tutulub.
Bir qədər əvvəl Belçikanın xəzinədarlığının rəhbəri Aleksander De Qest bildirib ki, Rusiyanın Belçikada dondurulmuş aktivlərinin 192 milyon avrosu tranzaksiyalardan, 58 milyard dollar isə qiymətli kağızlardan ibarətdir.