Nəqliyyat

Dəniz limanlarında 5,4 milyon ton yükləmə-boşaltma - İŞLƏRİ GÖRÜLÜB

Dəniz limanlarında 5,4 milyon ton yükləmə-boşaltma - İŞLƏRİ GÖRÜLÜB | FED.az
16:43 20 Sen 2019

Cari ilin yanvar-avqust aylarında dəniz limanlarında 5 milyon 403,2 min ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilib.

Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən FED.az-a bildirilib ki, yüklərin 4 milyon 937 min tonunu və ya 91,4 faizini tranzit yüklər təşkil edib. Sentyabr ayının 1-i vəziyyətinə limanlarda qalan yüklərin həcmi 157,8 min ton olub.

Eləcə də bax: Bakı-Tbilisi-Qars dəmir yolu ilə yeni növ - YÜKLƏRİN DAŞINMASINA BAŞLANILIB

Səkkiz ayda dəniz nəqliyyat ilə daşınmış sərnişinlərin sayı ötən ilin müvafiq dövrünə nisbətən 24,8 faiz artaraq 13,6 min nəfər təşkil edib.

Azərtac

Digər xəbərlər