BYD tərəfindən təqdim edilən Shenzhen adlı gəmi artıq Avropaya elektromobil və hibrid avtomobillərin çatdırılmasına hazırdır.
BYD Tesla-nı geridə qoyaraq elektrikli avtomobil bazarı lideri oldu
FED.az xəbər verir ki, Çinin Yançjou şəhərində BYD Shenzhen adlı nəhəng gəmi suya buraxılıb. Bu gəmi dünyanın ən böyük avtomobil daşıyan gəmisi olaraq tarixə düşüb. Uzunluğu 219 metr, eni 37,7 metr olan bu gəmi 9200 avtomobil tutumuna malikdir. Əvvəlki rekord SAIC şirkətinə məxsus gəmidə idi ki, onun tutumu 9000 avtomobil idi.
BYD Shenzhen saatda 34 km sürətlə hərəkət edərək, BYD markalı elektromobil və hibrid avtomobilləri Avropaya çatdıracaq. Gəmi müasir yanacaq qənaəti sistemləri ilə təchiz olunub və hazırda dünyanın ən ekoloji təmiz avtomobil daşıyan yük gəmisi kimi tanınır.
Qeyd edək ki, BYD Shenzhen şirkətin dördüncü rolkeridir. Əvvəlki üç gəmi 2024-cü ildə istismara verilib və hər biri 7000 avtomobil daşıma qabiliyyətinə malikdir. BYD Shenzhen isə bu göstəricini əhəmiyyətli dərəcədə artıraraq şirkətin texnoloji üstünlüyünü təsdiqləyib.
Bu yeni nəsil gəmi BYD-nin beynəlxalq avtomobil daşımalarında mövqeyini gücləndirir və Avropaya avtomobil tədarükündə mühüm rol oynayacaq.