Sentyabrın 17-də Bakı metrosunda hər iki xətt (qırmızı və yaşıl) üzrə qatarların hərəkətində gecikmələr olub.
“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov FED.az-a bildirib ki, yeni qatarlarda qapılar avtomatlaşdırılmış sistemdə açılaraq bağlanır. Qapılar bağlanarkən hər hansı maneəyə rast gələrsə və ya sərnişinlər tərəfindən qapıların bağlanmasına imkan verilmədikdə bu proses davamlı təkrarlanır: “Qapılarla bağlı hal bir neçə dəfə təkrarlandıqda avtomatlaşdırılmış sistemdə dayanma müşahidə olunur. Belə olduqda proqram təminatını yenidən yükləmək məcburiyyəti yaranır və bu, 2 dəqiqə vaxt tələb edir”.
Eləcə də bax: Bakı metrosunda daxili - FİBEROPTİK ŞƏBƏKƏ İNFRASTRUKTURU YARADILIR
B.Məmmədov əlavə edib ki, artıq iki gündür metroda böyük sıxlıq müşahidə olunur: “Dünən 800 mindən çox sərnişin metro ilə daşınıb. Yeni qatarlarda avtomatlaşdırılmış sistemə sərnişinlərin müdaxiləsi bu cür hallara səbəb olur”.
Azərtac