"Bakı Metropoliteni" QSC daxili fiberoptik şəbəkə infrastrukturunu yaradır.
Bunu FED.az-a QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.
Eləcə də bax: İstanbulda metro və avtobus - 24 SAAT İŞLƏYƏCƏK
Onun sözlərinə görə, şəbəkənin yaradılması ilk növbədə metroda hərəkətin təşkili və tənzimlənməsi ilə bağlı infrastruktur məsələlərin həllinə, təhlükəsizlik səviyyəsinin yüksəldilməsinə və etibarlılığın artırılmasına yönəlib.
"Fiberoptik şəbəkənin verəcəyi geniş imkanlardan istifadə etmək günün tələbidir və “Bakı Metropoliteni” bu istiqamətdə işlərini davam etdirir. Metropolitendə ən vacib olan hərəkətin təşkili, nizamlanması, tənzimlənmənin optimallaşdırılması üçün istifadə olunacaq bu şəbəkə gələcəkdə müasir sistemlərin tətbiqinə təkan verəcək", - deyə B. Məmmədov qeyd edib.
Apa