Nəqliyyat

Bu marşrut da - KART SİSTEMİNƏ KEÇİR

Bu marşrut da - KART SİSTEMİNƏ KEÇİR | FED.az
10:08 31 Yan 2020

Bu ilin fevralın 5-dən etibarən 77 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobuslarda gediş haqqı BakıKart vasitəsilə ödəniləcək.

Eləcə də bax: Bakıda daha üç müntəzəm marşrut xətti - KART SİSTEMİNƏ KEÇİR

FED.az Bakı Nəqliyyat Agentliyinə (BNA) istinadən xəbər verir ki, digər müntəzəm marşrut xətləri üzrə də nağdsız ödəniş sisteminə keçidlə bağlı işlər davam etdirilir. İş prosesinə uyğun olaraq qarşıdakı günlərdə digər marşrut xətləri də mərhələli şəkildə nağdsız ödəniş sisteminə inteqrasiya olunacaq. Bununla bağlı əvvəlcədən məlumat veriləcək.

Eyni zamanda, qeyd edirik ki, nağd qaydada fəaliyyət göstərən avtobuslar mərhələli şəkildə xətlərdən çıxarılaraq onlarda müəyyən texniki montaj, kabelləşmə işləri görülür. Proses sərnişindaşımada fasiləsizliyin pozulmamasını, görülən işlərin sərnişinlərə təsir etməməsini nəzərə alınmaqla icra edilir.

Report

Digər xəbərlər