Bakıda daha üç müntəzəm marşrut xətti üzrə avtobuslarda gediş haqqının nağdsız - vahid kart sistemi ilə ödənilməsi mümkün olacaq.
Eləcə də bax: 3 marşrutun - YOLU DƏYİŞDİ
FED.az “Report”a istinadən xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin rəsmi nümayəndəsi Vüqar Məmmədzadə AVTO FM radiosunun efirində bildirib.
Onun sözlərinə görə, yaxın günlərdə 67 (Nərimanov-Biləcəri istiqaməti) və 77 (İçəri Şəhər - Yeni Yasamal istiqaməti), 26 (Keşlə-Azadlıq Prospekti istiqaməti) saylı maşrut avtobuslarında yaxın vaxtlarda kart sistemi tətbiq olunacaq.
O əlavə edib ki, hazırda Bakı şəhəri üzrə 30 müntəzəm marşrut avtobusları kart sisteminə keçib.