2022-ci ilin I yarısında “Bakı Metropoliteni” QSC sərnişin daşınmasından 28 milyon 884,6 min manat gəlir əldə edib ki, bu da 2021-ci ilin 6 ayının göstəricisindən 9 dəfə çoxdur.
FED.az xəbər verir ki, 2022-ci ilin I yarısında metro nəqliyyatı ilə 99 milyon 342 min nəfər sərnişin daşınıb və artım 8,9 dəfə təşkil edib.
Xəbər verildiyi kimi, koronavirus pandemiyası ilə əlaqədar 2020-2021-ci illərdə Bakı Metropoliteninin fəaliyyətinə vaxtaşırı məhdudiyyətlər tətbiq edilib. Bu səbəbdən 2021-ci ildə metropolitenin fəaliyyəti yalnız mayın 31-dən etibarən bərpa edilib.
Eləcə də bax: Metro istifadəçilərinin sayı - 6 DƏFƏYƏDƏK ARTIB
2021-ci ildə “Bakı Metropoliteni” QSC sərnişin daşınmasından 26 milyon 154,4 min manat gəlir əldə edib. Bu dövrdə metro nəqliyyatının xidmətlərindən istifadə edən sərnişinlərin sayı 90 milyon 232,4 min nəfər təşkil edib ki, bu da 2020-ci ilin göstəricisi ilə müqayisədə 20,8% çoxdur. (İnterfaks-Azərbaycan)