Bu ilin yanvar-iyul aylarında "Bakı Metropoliteni" 114 255 min sərnişin daşıyıb ki, bu da illik müqayisədə 5,7 dəfə çoxdur.
"Qarabağ"ın oyununa görə metronun “Gənclik” stansiyasının iş rejimində - DƏYİŞİKLİK EDİLƏCƏK
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 2021-ci ilin yanvar-iyul ayları ərzində metro nəqliyyatının xidmətlərindən istifadə etmiş sərnişinlərin sayı 20 054 min nəfər olub.
Qeyd edək ki, 2020-2021-ci illərdə koronavirus (COVID-19) infeksiyasının Azərbaycan Respublikası ərazisində geniş yayılmasının qarşısının alınması və əhalinin sağlamlığının təhlükəsizliyinin təmin olunması məqsədilə Bakı metrosunda qatarların hərəkətində məhdudiyyətlər və dayanmalar tətbiq edilib. Bu da, öz növbəsində, metro nəqliyyatı ilə sərnişin daşınmalarının həcminə təsir edib.
Xatırladaq ki, Bakıda metropolitendə xətlərin uzunluğu 36,6 kilometrə, sayı 3-ə, stansiyalarının sayı isə 25-ə bərabərdir. Hazırda Bakı metropolitenində konseptual inkişaf proqramına uyğun olaraq, tikinti işləri davam etdirilir. Dövlət Proqramına əsasən, 2030-cu ildə paytaxtın yeraltı yollarının ümumi uzunluğu 119,1 km, stansiyalarının sayı isə 76-ya çatacaq.