2023-cü ilin yanvar-noyabr aylarında "Azərbaycan Hava Yolları" QSC 18,4 milyon dollar dəyərində məhsul ixrac edib.
FED.az bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən xəbər verir.
Həmin göstəricinin həcmi ötən ilin yanvar-noyabr ayları ilə müqayisədə 10,9 milyon dollar və ya 2,5 dəfə çoxdur.
Qeyd edək ki, 2022-ci ilin ilk 11 ayı ərzində "Azərbaycan Hava Yolları" QSC 7,5 milyon dollar dəyərində məhsul ixrac edib.