2023-cü ilin yanvar-noyabr aylarında "Azəripək" MMC 1,8 milyon dollar dəyərində məhsul ixrac edib.
FED.az bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən xəbər verir.
Həmin göstəricinin həcmi ötən ilin yanvar-noyabr ayları ilə müqayisədə 0,1 milyon dollar və ya 5,9% çoxdur.
Qeyd edək ki, 2022-ci ilin ilk 11 ayı ərzində "Azəripək" MMC 1,7 milyon dollar dəyərində məhsul ixrac edib.