“Bu ərazidə əvvəllər kiçik parklanma yeri olub. Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı tərəfindən dəfələrlə müraciət olunmuşdu, lakin Bakı Şəhəri İcra Hakimiyyəti və Bakı Nəqliyyat Agentliyi tərəfindən müsbət rəy verilməmişdi”.
Eləcə də bax: Prezident tapşırıq verdi, qanunsuz parkinq - LƏĞV EDİLDİ
FED.az xəbər verir ki, bu fikirləri Nəsimi rayonu Mənzil Kommunal Təsərrüfat birliyinin rəisi Nizami Mayılov qanunsuz parklanma yerinin sökülməsi zamanı jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, dəfələrlə bardürləri çıxarmaq istəsələr də, qarşısı alınıb:
“Gecə saatlarında heç bir rəsmi sənəd olmadan qanunsuz parklanma yeri düzəldilib. Həmin ərazidə yaşıllıqların korlanması ilə bağlı məsələyə gəlincə, burada yaşı keçmiş, qəzalı vəziyyətdə bir ağac olub. Həmin ağac da kəsilib. Hazırda müvafiq araşdırmalar aparılır və nəticəsi barədə ictimaiyyətə geniş məlumat veriləcək”. (Report)