Bakı-Sumqayıt yolunda tıxacların aradan qaldırılması məqsədilə yolun genişləndirilməsi Bakının girəcəyində «butulka effekti»nin yaranmasına səbəb olmayacaq.
Eləcə də bax: Azərbaycanda daha iki pullu yol çəkiləcək - YERLƏR AÇIQLANDI - EKSKLÜZİV
Bu barədə FED.az-a açıqlamasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov bildirib.
Onun sözlərinə görə, yolun genişləndirilməsi layihəsi hazırlanarkən, ortaya çıxa bilən bütün halların nəzərə alınması üçün bütün qurumlarla razılaşdırılıb: «Biz layihəni Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidməti (DANX), Bakı Nəqliyyat Agentliyi (BNA) və Dövlət Yol Polisi (DYP) ilə müzakirə edib razılaşdırmışıq». Bundan sonra layihə Nazirlər Kabinetinin Yol hərəkətinin təhlükəsizliyi şurasına təqdim edilib və təsdiqlənib».
Qeyd edək ki, Bakı-Sumqayıt yolunda tıxacların aradan qaldırılması məqsədilə tədbirlərin görülməsi barədə tapşırığı prezident İlham Əliyev verib.
Agentliyin məlumatına görə, paytaxt və Sumqayt arasında intensiv avtomobil axını var: «Gündə Bakıdan Sumqayıta 12-14 min, Sumqayətdan Bakıya isə 10-12 min avtomobil gedir»-deyə S.Məmmədov bildirib.
Bəzi ekspertlər hesab edir ki, Bakı Sumqayıt yolunun genişləndirilməsi nəticəsində sürətlənən avtomobil axını «butulka effekti» yaradacaq və Bakının girişində böyük tıxaclara səbəb olacaq. Amma Agentlik rəhbəri bununla bağlı tədbirlərin görüldüyünü bildirir.
Onun sözlərinə görə, Sumqayıtdan gələn avtomobil axını bir neçə istiqamətə yönəldiləcək:
«Sumqayıtdan gələrək Bakının cənubuna istiqamətlənən avtomobillər Bakı Avtovağzalının arxasından Olimpiya oyunları üçün çəkilmiş və Atıcılıq kompleksinə gedən yola yönəldiləcək. Həmn yol indiyədək dalan idi, indi isə buradan Alatavaya qədər (Respublika xəstəxanası istiqamətində) yeraltı tunel çəkiləcək. Burada iki zolaqlı yolun olması avtomobil hərəkətinin intensivliyini təmin edəcək.
İkinci istiqamət isə avtomobillərin dairəvi yoldan Yeni Yasamala keçidini asandaşdırmaqdır. Dairəvi yolun 1,1-ci kilometrliyində Yeni yasamala keçid var. Keçidin eni və hündürlüyü imkan verir ki, oradan ikizolaqlı yol çəkilsin. Bu yollar imkan verəcək ki, Sumqayıtdan gəllən və Bakının mərkəzinə getməyən avtomobillər təyinat nöqtəsinə daha rahat çata bilsinlər».