Nəqliyyat

Bakıda daha bir marşrutda - AVTOBUSLAR YENİLƏNİR

Bakıda daha bir marşrutda - AVTOBUSLAR YENİLƏNİR | FED.az
16:04 15 Fev 2020

111 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşımaya "İsuzu Novociti" markalı avtobuslar cəlb ediləcək.

Eləcə də bax: Bakıda 7 marşrut xətti üzrə - MÜSABİQƏ ŞƏRTLƏRİ AÇIQLANDI

Bu barədə Bakı nəqliyyat Agentliyindən FED.az-a məlumat verilib.

Bakı Nəqliyyat Agentliyinin tələbinə əsasən, “BMH” MMC şirkəti hazırda xətt üzrə istismarda olan avtobuslardan 4 ədədini "İsuzu Novociti" markalı nəqliyyat vasitəsi ilə əvəz edib. Xətt üzrə digər avtobusların da yeni nəqliyyat vasitələri ilə əvəzlənməsi istiqamətində tədbirlər davam etdirilir. Yaxın vaxtlarda daha 10 ədəd eyni model avtobusların gətirilərək xəttə buraxılması nəzərdə tutulub.

Lökbatan qəsəbəsi daxilində fəaliyyət göstərən 111 nömrəli müntəzəm marşrut xətti üzrə yeni avtobuslar sərnişinlərin istismarına 17.02.2020-ci il tarixindən veriləcək.

Sərnişinlərə göstərilən xidmətin keyfiyyətinin artırılmasına imkan verən avtobuslarda əlilliyi olan şəxslər, eləcə də, uşaq arabası ilə olan sərnişinlər rahat istifadə edə biləcək. Bunun üçün avtobuslarda xüsusi mexanizm quraşdırılıb.

Qeyd edək ki, paytaxtın ictimai nəqliyyat sisteminin modernləşdirilməsi məqsədi ilə avtobus parkının yenilənməsi istiqamətində işlər davam etdirilir.

Bakıda daha bir marşrutda - AVTOBUSLAR YENİLƏNİR | FED.azBakıda daha bir marşrutda - AVTOBUSLAR YENİLƏNİR | FED.azBakıda daha bir marşrutda - AVTOBUSLAR YENİLƏNİR | FED.azBakıda daha bir marşrutda - AVTOBUSLAR YENİLƏNİR | FED.azBakıda daha bir marşrutda - AVTOBUSLAR YENİLƏNİR | FED.azBakıda daha bir marşrutda - AVTOBUSLAR YENİLƏNİR | FED.az

Digər xəbərlər