Nəqliyyat

Bakıda 7 marşrut xətti üzrə - MÜSABİQƏ ŞƏRTLƏRİ AÇIQLANDI

Bakıda 7 marşrut xətti üzrə - MÜSABİQƏ ŞƏRTLƏRİ AÇIQLANDI | FED.az
10:43 14 Fev 2020

Bakı Nəqliyyat Agentlliyi 12, 24, 32, 35, 67, 93 və 211 nömrəli müntəzəm marşrut xətləri üzrə elan etdiyi müsabiqənin şərtlərini açıqlayıb. 

FED.az bu barədə quruma istinadən xəbər verir. 

Eləcə də bax: Ən çox şikayət edilən 3 marşrut sahibindən alındı - 7 XƏTT MÜSABİQƏYƏ ÇIXARILDI - BNA-dan AÇIQLAMA

Məlumata görə, şərtlərlə Agentliyin internet səhifəsinin müsabiqələr bölməsində tanış olmaq mümkündür. 

Müsabiqə “Avtomobil nəqliyyatı haqqında” qanuna, Nazirlər Kabinetinin 3 aprel 2009-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi qaydasına” uyğun keçiriləcək. Müsabiqədə iştirak etmək istəyənlər 24 fevral 2020-ci il, saat 17:00-a qədər Agentliyə ərizə ilə mürciət etməlidirlər.

Digər xəbərlər