Bakı-Sumqayıt yolunun Xırdalan dairəsi kimi tanından hissəsində yolun genişləndirilməsi işləri fasiləsiz davam etdirilir…
Eləcə də bax: Bibiheybət yolunda hərəkət - MÜVƏQQƏTİ BƏRPA OLUNUB
FED.az xəbər verir ki, ekologiya postundan başlayaraq Xırdalan dairəsi istiqamətində yolun hər iki hissəsində yolun genişləndirilməsi ilə bağlı işlər aparılır. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata görə ərazidə mövcud olan tunelin genişləndirilməsi, eləcə də genişlənən yolun kənarında istinad divarlarının tikintisi aparılır.
Körpünün altıa da genişləndirilib və hazırda yolun kənar divarlarının hörgüsü işləri aparılır. Əraziyə bir neçə şirkətin briqadası cəlb olunub.
İşçilərin dediyinə görə, yolun genişləndirilməsi qrafikə uyğun aparılır və artıq kənarda olan kommunikasiya xətləri ilə yanaşı ağaclar da çıxarılaraq başqa əraziyə köçürülüb.
Qeyd edək ki, Bakı-Sumqayıt şossesi iş günlərində ən çox tıxacların yaşandığı yol olaraq tanınır. Bəzən sürücülər saatlarla yolda gözləməli olurlar. Məhz bu halların qarşısını almaq və vətəndaşların rahatlığını təmin etmək üçün həmin yolun Xırdalan dairəsi yaxınlığında genişləndirilməsinə qərar verilib. Genişləndirmə işlərindən sonra yolda fasiləsiz nəqliyyat axınının təmin edilməsi hədəflənir.