Bu ilin ilk beş ayı ərzində Bakı Limanı vasitəsilə TEU ekvivalentində 21 046 ədəd konteyner aşırılıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 22,1 %-lik artım deməkdir. İlin sonuna kimi bu göstəricinin artan xətlə davam edəcəyi proqnozlaşdırılır.
Eləcə də bax: Bakı Limanının yarım milyon manata yaxın - VERGİ BORCU VAR
FED.az xəbər verir ki, bu barədə jurnalistlərə “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin mətbuat katibi Elmar Həbibli bildirib.
"Qlobal logistikada təchizat zəncirinin əsas halqalarından hesab edilən konteyner daşımaçılığında hər il artım qeydə alınır ki, bu rəqəmlər Bakı Limanının statistik göstəricilərində də öz əksini tapır", - Elmar Həbibli qeyd edib.
Onun sözlərinə görə, bununla yanaşı bu ilin ilk beş ayı ərzində Bakı Limanı vasitəsilə quru yükün daşınmasında 23,7 %-lik, vaqon daşınmasında 18,9 %-lik, təkərli texnikaların daşınmasında isə 15,9 %-lik artım qeydə alınıb. Hər il olduğu kimi bu ilin sonunda da limanın illik yük aşırma göstəricisinin müsbət olacağı proqnozlaşdırılır. (Apa)