Bu günə "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-nin dövlət büdcəsinə 426 975 manat vergi borcu var.
Eləcə də bax: “Bakı Metropoliteni”nin dövlətə vergi borcu 20 milyon manata - YAXINLAŞDI
FED.az bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.
Borcun nə vaxtdan yarandığı açıqlanmır.
Xatırladaq ki, "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" 1902-ci ildən fəaliyyət göstərən Bakı Limanının bazasında 2015-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 16 min manatdır. Liman yük, neft və bərə terminallarından ibarətdir. (Report)