2023-cü ildə Azərbaycanın daşıyıcı şirkətləri 2022-ci illə müqayisədə 231 milyon ABŞ dolları və yaxud 33.7% çox – 877 milyon ABŞ dolları gəlir əldə edib.
Azərbaycanda yük və sərnişin daşımaları artıb
FED.az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.
Bundan başqa, məlumata görə, indiyə qədər daşımalar üzrə 258 hüquqi və 1330 fiziki şəxs – ümumilikdə 1 588 operator uçota alınıb. 2023-cü ildə beynəlxalq daşımalarda 12 724 yük avtomobili iştirak edib ki, bu da 15 min iş yeri deməkdir. Halbuki, avtomobillərin sayı 2021-ci ildə 3 432, 2022-ci ildə isə 9 225 olub.
“2023-cü ildə Azərbaycanla tərəfdaş ölkələr arasında daşımaların ümumi daşımalarda payı 51.85%-ə çatıb. 2021-ci ildə bu nisbət 39%, 2022-ci ildə isə 43% təşkil edib.
Ötən il Azərbaycan daşıyıcıları 42 min 627 ədəd 3-cü ölkə daşımaları (xarici ölkədən digər xarici ölkəyə) həyata keçirilıb, əvvəlki illə müqayisədə bu göstərici 14 min 853 ədəd artıq olub. Bu xidmətin ixracı ölkəyə xarici valyuta gətirilməsi və xidmət ixracı baxımından xüsusi əhəmiyyət daşıyır”,- deyə məlumatda qeyd edilib