2024-cü ilin yanvar ayı ərzində yük və sərnişin daşımaları əvvəlki ilin yanvar ayı ilə müqayisədə müvafiq olaraq 2,0 faiz və 5,3 faiz artıb.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir.
Nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 17,4 milyon ton yük daşınmışdır. Yüklərin 3,6 faizi dəniz, 7,9 faizi dəmir yolu, 0,2 faizi hava, 53,5 faizi avtomobil nəqliyyatı, 34,8 faizi isə boru kəməri ilə daşınıb.
Qeyri-dövlət sektoruna məxsus nəqliyyat vasitələri ilə daşınmış yüklərin həcmi 4,2 faiz artıb, daşınmış yüklərin ümumi həcmində bu sektorun xüsusi çəkisi 75,6 faiz təşkil edib.
2024-cü ilin yanvar ayında nəqliyyatçılar 145,6 milyon sərnişinə xidmət göstəriblət. Sərnişinlərin 87,5 faizi avtomobil nəqliyyatı, 11,8 faizi metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb.