2024-cü ilin yekunlarına əsasən, Azərbaycanda hər 100 ev təsərrüfatına düşən şəxsi minik avtomobillərinin sayına görə şəhər və rayonların reytinqi müəyyənləşib.
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, respublika üzrə bu göstərici orta hesabla 65 avtomobil təşkil edir.
Əhalinin avtomobillə ən yüksək təmin olunduğu şəhər və rayonlar
Bakı şəhəri hər 100 ev təsərrüfatına düşən 99 şəxsi minik avtomobili ilə respublika üzrə mütləq liderdir.
Paytaxtdan sonra ən yüksək avtomobil təminatı işğaldan azad edilmiş ərazilərdə qeydə alınıb. Belə ki, Xocalı rayonunda hər 100 təsərrüfata 92 avtomobil, Xocavənd rayonunda isə 91 avtomobil düşür.
İlk onluqda həmçinin Qubadlı (81 avtomobil), Şuşa (79 avtomobil), Ağdam (71 avtomobil), Şəmkir (69 avtomobil) və Füzuli (67 avtomobil) rayonları yer alıb. Siyahını hər 100 ev təsərrüfatına 66 avtomobil düşən Gəncə şəhəri, Göygöl, Laçın və Zəngilan rayonları davam etdirir.
Əhalinin avtomobillə ən aşağı təmin olunduğu şəhər və rayonlar
Reytinqdə əhalinin şəxsi avtomobillərlə ən az təmin olunduğu ərazilər də müəyyənləşib. Siyahıda ən aşağı göstərici Abşeron rayonunda qeydə alınıb: burada hər 100 ev təsərrüfatına cəmi 28 minik avtomobili düşür.
Naxçıvan Muxtar Respublikasında isə bu göstərici orta hesabla 36 avtomobil təşkil edir.
Əhalinin avtomobillə təminatının aşağı olduğu digər rayonlar sırasında Astara (39 avtomobil), Qusar (40 avtomobil), Xızı (41 avtomobil), Balakən (42 avtomobil), Yardımlı (43 avtomobil), Zərdab (44 avtomobil) və Zaqatala (45 avtomobil) rayonları yer alır.
S/n |
Rayonlar və şəhərlər |
2024 |
Azərbaycan Respublikası |
65 |
|
1 |
Bakı şəhəri |
99 |
2 |
Xocalı rayonu |
92 |
3 |
Xocavənd rayonu |
91 |
4 |
Qubadlı rayonu |
81 |
5 |
Şuşa rayonu |
79 |
6 |
Ağdam rayonu |
71 |
7 |
Şəmkir rayonu |
69 |
8 |
Füzuli rayonu |
67 |
9 |
Gəncə şəhəri |
66 |
10 |
Göygöl rayonu |
66 |
11 |
Laçın rayonu |
|
12 |
Zəngilan rayonu |
66 |
13 |
Tovuz rayonu |
65 |
14 |
Cəbrayıl rayonu |
65 |
15 |
Qazax rayonu |
64 |
16 |
Sumqayıt şəhəri |
63 |
17 |
Naftalan şəhəri |
62 |
18 |
Şamaxı rayonu |
61 |
19 |
Bərdə rayonu |
61 |
20 |
İmişli rayonu |
61 |
21 |
Qəbələ rayonu |
61 |
22 |
Gədəbəy rayonu |
60 |
23 |
Kəlbəcər rayonu |
60 |
24 |
Qobustan rayonu |
59 |
25 |
Tərtər rayonu |
59 |
26 |
İsmayıllı rayonu |
58 |
27 |
Ağstafa rayonu |
58 |
28 |
Göyçay rayonu |
58 |
29 |
Hacıqabul rayonu |
58 |
30 |
Salyan rayonu |
58 |
31 |
Daşkəsən rayonu |
57 |
32 |
Samux rayonu |
57 |
33 |
Xaçmaz rayonu |
57 |
34 |
Ağcabədi rayonu |
56 |
35 |
Goranboy rayonu |
55 |
36 |
Qax rayonu |
55 |
37 |
Şəki rayonu |
55 |
38 |
Şirvan şəhəri |
55 |
39 |
Quba rayonu |
54 |
40 |
Kürdəmir rayonu |
54 |
41 |
Oğuz rayonu |
54 |
42 |
Masallı rayonu |
53 |
43 |
Yevlax rayonu |
53 |
44 |
Sabirabad rayonu |
53 |
45 |
Ağsu rayonu |
52 |
46 |
Cəlilabad rayonu |
52 |
47 |
Lerik rayonu |
50 |
48 |
Ağdaş rayonu |
50 |
49 |
Biləsuvar rayonu |
50 |
50 |
Şabran rayonu |
49 |
51 |
Beyləqan rayonu |
49 |
52 |
Ucar rayonu |
47 |
53 |
Saatlı rayonu |
47 |
54 |
Neftçala rayonu |
47 |
55 |
Lənkaran şəhəri |
46 |
56 |
Mingəçevir şəhəri |
46 |
57 |
Siyəzən rayonu |
45 |
58 |
Zaqatala rayonu |
45 |
59 |
Zərdab rayonu |
44 |
60 |
Yardımlı rayonu |
43 |
61 |
Balakən rayonu |
42 |
62 |
Xızı rayonu |
41 |
63 |
Qusar rayonu |
40 |
64 |
Astara rayonu |
39 |
65 |
Naxçıvan Muxtar Respublikası |
36 |
66 |
Abşeron rayonu |
28 |
67 |
Xankəndi şəhəri |
... |
68 |
Ağdərə rayonu |
... |