Azərbaycanda yük avtomobillərinin sayında illik müqayisədə ən çox artım qeydə alınan şəhər və rayonların adları məlum olub.
Ümumilikdə, respublika üzrə yük avtomobillərinin sayı 2023-cü ildəki 177 min 622-dən 2024-cü ildə 186 min 161-ə yüksələrək, bir il ərzində 8 min 539 ədəd və ya 4,8% artıb.
Faiz artımına görə respublika lideri Xocalı rayonu olub. Rayonda yük avtomobillərinin sayı 32 ədəd artaraq 13,8%-lik yüksəliş göstərib.
İkinci yerdə 10,7% artımla Siyəzən rayonu qərarlaşıb ki, bu da mütləq rəqəmlə 63 avtomobil deməkdir. Cəbrayıl rayonu isə 111 avtomobil və ya 9.5% artımla üçüncü olub.
Siyahıda növbəti yerləri Şamaxı rayonu (133 ədəd və ya 9,3%), Astara rayonu (137 ədəd və ya 9.1%), Qəbələ rayonu (156 ədəd və ya 8,6%) və Xızı rayonu (24 ədəd və ya 8,6%) tutur.
İlk onluqda həmçinin Cəlilabad rayonu (221 ədəd və ya 8%), Abşeron rayonu 360 ədəd 7,9%), Naftalan şəhəri 6 ədəd (7,4%), Şuşa rayonu (30 ədəd və ya 7%) və Yardımlı rayonu (35 ədəd və ya 7%) yer alıb.