Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasının (ABADA) Xüsusi Komissiyası tərəfindən bu ilin sentyabr ayı üçün “İcazə” blanklarının bölgüsü aparılıb.
Eləcə də bax: Oktyabrın 1-dən COVID pasportu olmayan marşrut sürücüləri reysə buraxılmayacaq - RƏSMİ
FED.az xəbər verir ki, Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən (DANX) verilən məlumata görə, Komissiyanın işində Komissiya üzvlərinin tam tərkibi ilə yanaşı, ictimai iştirakçılığın təmin edilməsi məqsədilə 5 daşıyıcı şirkətinin rəhbərləri və nümayəndələri də iştirak edib.
Nəticədə 33 daşıyıcıya Rusiya III ölkə məhdudiyyətsiz “İcazə” blankı, 31 daşıyıcıya isə Rusiyaya İran üzərindən daşımaları təmin etmək üçün III ölkə “İcazə” blankı bölünüb.
Hazırkı bölgü daşıyıcıların istifadəsində olan avtonəqliyyat vasitəsinin sayına, ötən 3 ay ərzində alınmış Rusiya III ölkə “İcazə”lərinin qaytarılmasını və ya istifadəsini təsdiq edən əsaslara, ənənəvi istiqamətlər üzrə daşımaların reytinqinə uyğun əmsallardan istifadə edilməklə riyazi hesablamalar vasitəsilə həyata keçirilib. (Apa)