Oktyabrın birindən koronavirus infeksiyasına qarşı peyvəndin hər iki dozasını qəbul etməyən marşrut sürücüləri reysə buraxılmayacaq.
Eləcə də bax: Oktyabrın 1-dən peyvənd pasportu olmayan taksi sürə bilməz! - Video
FED.az xəbər verir ki, bu barədə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nuridə Allahyarova deyib.
O bildirib ki, bu barədə Nazirlər Kabinetinin 2021-ci il 26 iyul tarixli 229 nömrəli Qərarına əlavə var. Əlavədə deyilir ki, COVID-19-a qarşı peyvənd olunması və ya immunitet sertifikatının tələb olunduğu iş və xidmət sahələrinə avtomobil nəqliyyatı ilə yük və sərnişin daşınması, o cümlədən taksi fəaliyyəti daxildir. Yəni bura avtobus sürücüləri də aiddir.
Bu baxımdan Dövlət Avtomobil Nəqliyyatı Xidməti olaraq biz bununla bağlı bütün daşıyıcı şirkətlərə xəbərdarlıq etmişik. Sürücülər daşıyıcı şirkətlərin əməkdaşları olduğu üçün biz həmin şirkətlərə xəbərdarlıq etmişik. Daşıyıcı şirkətlər müntəzəm və qeyri-müntəzəm marşrut xətlərində dövlət xidməti göstərdiyi üçün həmin şirkətlərə xəbərdarlıq olunub və qərar onlara xatırladılıb. Oktyabrın 1-dən etibarən immun sertfikatı və COVİD - 19 sertifikatı olmayan sürücülər aşkarlanarsa, həmin sürücülərin reysdə iştirakına icazə verilməyəcək". (Trend)