2019-cu ildə “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) bank xərcləri 1,577 milyon manat təşkil edib.
Eləcə də bax: "Azərbaycan Dəmir Yolları"nın zərəri - 39% Azalıb
FED.az qurumun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2018-ci illə müqayisədə 16 % azdır.
Ötən il ADY-nin bank xərcləri onun əməliyyat xərclərinin 0,3% qədər olub. Bu nisbət əvvəlki il 0,4 % təşkil edib.
Xatırladaq ki, ADY ölkə Prezidentinin 20 iyul 2009-cu il tarixli sərəncamı ilə yaradılıb. Nazirlər Kabinetinin 15 fevral 2010-cu il tarixli qərarı ilə qurumun nizamnaməsi və strukturu təsdiq edilib. Onun nizamnamə kapitalı 906,062 milyon manatdır. Səhmdar cəmiyyəti 100 % dövlətə məxsusdur. (Report)