Bu ilin yanvar ayında Azərbaycana Çindən2 milyon 233 min dollar dəyərində 75 ədəd yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələri (elektromobil) gətirilib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə Çindən alınan elektromobillər ötən ilin eyni dövrü ilə müqayisədə miqdar ifadəsi ilə 124 ədəd və ya 2,7 dəfə, dəyər ifadəsi ilə 5 milyon 174 min ABŞ dolları, və ya 3,4 dəfə azalıb.
Bildirək ki, 2024-cü ilin birinci ayında Azərbaycana Çindən 7,4 milyon ABŞ dolları dəyərində 199 ədəd elektromobil idxal edilmişdi
Bu dövrdə Çindən idxal edilmiş eletromobillərin orta idxal qiyməti 50 min 612 manata bərabər olub ki, bu da illik 12 min 665 min manat (20%) azdır.
Ötən ilin eyni dövründə isə idxal edilmiş eletromobillərin orta idxal qiyməti 12 min 665 manat olub.