Bu ilin ilk ayında Azərbaycan xaricdən 6 milyon 588 min dollar dəyərində 139 ədəd elektromobil idxal olunub.
FED.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Məlumata görə 2024-cü inin yanvar ayı ilə müqayisədə ölkəyə idxal olunan elektromobillərin sayı 100 ədəd və ya 41,8%, dəyəri isə 3 milyon 75 min dollar və ya 31,8% azalıb.
Əvvəlki ildə Azərbaycana 9 milyon 663 min dollar dəyərində 239 ədəd elektromobil idxal edilib.
Qeyd edək ki, 1 ədəd elektromobilin orta idxal qiyməti bu ilin ik ayına görə 47 min 397 dollar (80 min 574 manat) olub ki, bu da illik müqayisədə 6 min 964 dollar (11 min 839 manat) və ya 17,2% artım deməkdir.
Qeyd dək ki, bu göstərici ötən ilin müvafiq dövründə 40 min 433 dollar (68 min 736 manat) idi.
Hesabat dövründə 8 ölkə içində elektromobilləri Azərbaycana ən baha satan ölkə Böyük Britaniya və Şimali İrlandiyanın Birləşmiş Krallığı olub. Azərbaycan bu ölkədən cəmi 1 eletromobil alıb və bunun qiyməti təxminən 672,4 min manata bərabər olub.
Avstriyadan idxal edilən 1 ədəd elektromobilin qiyməti isə təqribən 254,5 min manat təşkil edib.
Almaniyadan ümumilikdə yanvar ayında 25 ədəd eletromobil gətirilib ki, bunun da təxminən 1 ədədinin orta idxal qiyməti 216,8 min manatdan bir qədər yüksək olub.
Türkiyənin satdığı cəmi 1 ədəd elektromobilin qiyməti isə 3,5 min manata yaxın olub.
Ölkələr |
Elektromobillər (ədəd) |
Məbləğ (dollar) |
1 ədəd eletromobilin orta idxalq iyməti (dollar) |
1 ədəd eletromobilin orta idxalq iyməti (manat) |
|
S/n |
Yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələri |
139 |
658 8140 |
$ 47,397 |
80,574 ₼ |
1 |
Böyük Britaniya və Şimali İrlandiyanın Birləşmiş Krallığı |
1 |
395 520 |
$ 395,520 |
672,384 ₼ |
2 |
Avstriya |
1 |
149 690 |
$ 149,690 |
254,473 ₼ |
3 |
Almaniya |
25 |
3 188 640 |
$ 127,546 |
216,828 ₼ |
4 |
Çin |
75 |
2 232 880 |
$ 29,772 |
50,612 ₼ |
5 |
Koreya Respublikası |
2 |
39 000 |
$ 19,500 |
33,150 ₼ |
6 |
Yaponiya |
2 |
36 900 |
$ 18,450 |
31,365 ₼ |
7 |
Amerika Birləşmiş Ştatları |
32 |
543 460 |
$ 16,983 |
28,871 ₼ |
8 |
Türkiyə |
1 |
2 040 |
$ 2,040 |
3,468 ₼ |