Bu ilin yanvar-mart aylarında "Azərbaycan Hava Yolları" QSC (AZAL) və onun aşağı büdcəli törəməsi - "Buta Airways" birlikdə 365 min sərnişin daşıyıb.
Eləcə də bax: AZAL və “Buta Airways” 2 ayda 220 minə yaxın sərnişin - DAŞIYIB
FED.az bu barədə AZAL-a istinadən xəbər verir.
Məlumata görə, bunun 279 mini AZAL-ın özünün, 86 mini isə "Buta Airways"in payına düşüb.
Bunlar Heydər Əliyev Beynəlxalq Aeroportunun sərnişin axınının müvafiq olaraq 40 %-ni və 12 %-ni təşkil edib. (Report)