Bu ilin yanvar-fevral aylarında "Azərbaycan Hava Yolları" QSC (AZAL) və onun aşağı büdcəli törəməsi - "Buta Airways" birlikdə 219 min sərnişin daşıyıb.
Eləcə də bax: Azərbaycanın beynəlxalq hava limanlarında sərnişin axını - 3 DƏFƏ ARTIB
FED.az bu barədə AZAL-a istinadən xəbər verir.
Məlumata görə, bunun 167 mini AZAL-ın özünün, 52 mini isə "Buta Airways"in payına düşüb.
Bunlar Heydər Əliyev Beynəlxalq Aeroportunun sərnişin axınının müvafiq olaraq 38 %-ni və 12 %-ni təşkil edib. (Report)