Hazırda AZAL-ın təyyarə parkını müxtəlif növlərdən ibarət 29 hava gəmisi təşkil edir və təyyarələrin orta yaşı 11-dir. Bu da istər təyyarələrin saxlanılması, istərsə də təyyarələrə xidmət göstərən işçi heyətin hazırlanması baxımından xərclərin çox olmasına gətirib çıxarır.
FED.az xəbər verir ki, bunu “Azərbaycan Hava Yolları” (AZAL) Qapalı Səhmdar Cəmiyyətinin birinci vitse-prezidenti Samir Rzayev bildirib.
“Bu xərclərdən qurtulmaq üçün biz Strateji İnkişaf Planımızda da 2030-cu ilədək parkımızda yalnız 2 növ hava gəmisinin saxlanmasını nəzərdə tuturuq. Parkımız dar gövdəli hava gəmiləri üzrə yalnız “Airbus A320 Neo” sinfi, genişgövdəli hava gəmiləri isə “Boeing 787 Dreamliner” tipli hava gəmilərindən ibarət olacaqdır”, - deyə Samir Rzayev vurğulayıb. (Azərtac)