AZAL resurslarının sənayenin innovativ flaqmanı “Amadeus” platformasına köçürülməsi ilə əlaqədar rəsmi veb-saytının bəzi funksiyaları fevralın 5-dən (Bakı vaxtı, saat 20:00) etibarən müvəqqəti olaraq işləməyəcək.
Eləcə də bax: AZAL Avropanın 3 şəhərinə uçuşları - MÜVƏQQƏTİ DAYANDIRIR
FED.az "TED"ə istinadən xəbər verir ki, sayt və mobil əlavədə işlər görüldüyü müddət ərzində aviabiletlərin alınması, onlayn qeydiyyat və bronun idarə olunması səhifəsi işləməyəcək.
Texniki işlərin 48 saat ərzində başa çatdırılması planlaşdırılır, lakin qeydiyyat xidmətinin bərpası və bronun idarə edilməsində daha uzun gecikmələrin baş verməsi mümkündür.
Əlavə məlumat üçün aviaşirkətin müştəri xidmətlərinə [email protected] elektron poçt ünvanı, saytdakı əks əlaqə forması və yaxud WhatsApp: +994 12 437 40 82 vasitəsilə müraciət edə bilərsiniz.