Banner
Banner

Nəqliyyat

AZAL Avropanın 3 şəhərinə uçuşları - MÜVƏQQƏTİ DAYANDIRIR

AZAL Avropanın 3 şəhərinə uçuşları - MÜVƏQQƏTİ DAYANDIRIR | FED.az
14:23 29 Yan 2020

"Azərbaycan Hava Yolları" QSC (AZAL) bu ilin fevral ayında Avropanın üç şəhərinə uçuşları müvəqqəti dayandıracaq.

Eləcə də bax: AZAL ABŞ-a uçuşları - MÜVƏQQƏTİ DAYANDIRIB

FED.az xəbər verir ki, bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportundan bildirilib.

Hava limanından verilən məlumata görə, söhbət Berlin, Paris və Milan şəhərlərindən gedir: "Sözügedən istiqamətlər üzrə tələbatın aşağı düşməsi nəticəsində fevral ayında Bakıdan Berlin, Paris və Milan şəhərlərinə uçuşlar yerinə yetirilməyəcək. Bu istiqamətlərə uçuşlar martın əvvəlindən etibarən bərpa olunacaq".

Aeroportdan həmçinin bildirilib ki, bundan başqa, Bakı-Cenevrə reysi də fevralda dayandırılacaq: "Cenevrə istiqamətində son uçuş fevralın 11-də yerinə yetiriləcək. Bu aviareys üzrə uçuşların nə vaxt bərpa olunacağı hələ bilinmir. Belə ki, mart ayına cədvəl üzrə Bakı-Cenevrə aviareysi üzrə uçuş nəzərdə tutulmayıb".

Qeyd edək ki, AZAL həmçinin hər il olduğu kimi, fevral ayında Bakıdan Nyu-York istiqamətində uçuşları dayandıracaq. Sözügedən reys mart ayında bərpa olunacaq.

Xatırladaq ki, ötən il ərzində xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının sayı əvvəlki illə müqayisədə 13,4% artaraq 5 567,7 min nəfərə çatıb. Xaricə gedən ölkə vətəndaşlarının 16,7%-i hava nəqliyyatından istifadə edib.

Banner

Digər xəbərlər

SORĞU

Azərbaycanda hansı həyat sığortası şirkətinə etibar edirsiniz?