“Azərbaycan Dəmir Yolları” QSC (ADY) tranzit daşımaların həcminin əhəmiyyətli dərəcədə artırılması üçün 303 ədəd platforma vaqon və 18 ədəd drezin alıb.
ADY: Azərbaycanla İran arasında baş verənlər yükdaşımalara - TƏSİR ETMƏYİB
FED.az xəbər verir ki, “ADY dəmir yolu infrastrukturunun sağlamlaşdırılması və tranzit daşımaların həcminin əhəmiyyətli dərəcədə artırılması istiqamətində 303 ədəd platforma vaqon və 18 ədəd drezinin alınaraq ölkəyə çatdırılmasını təmin edib. Yeni nəsil drezinlər yol təsərrüfatı, elektrik təchizatı, habelə işarəvermə sahəsində təmir-tikinti işlərinin çevik aparılmasına, infrastrukturun saz vəziyyətdə saxlanılmasına, bununla da hərəkətin təhlükəsizliyinə əhəmiyyətli dərəcədə töhfə verəcək’’, - deyə ADY-nin İnfrastruktur departamentinin rəisi Elçin Zülfüqarov bildirib.
Cəmiyyətin Yük daşımaları departamentinin rəisi Emil Əhmədov qeyd edib ki, yeni alınmış 303 ədəd platforma vaqonu tranzit daşımaları, xüsusilə Şərq-Qərb istiqamətində yük daşımalarının həcminin artırılmasına geniş imkanlar açacaq.
“Məqsədimiz Azərbaycanın əlverişli coğrafi mövqeyini nəzərə alaraq multimodal daşımalar zəncirinin əsas halqası rolunda çıxış etmək və ölkəmizin regionda əsas nəqliyyat Hub-na çevrilməsinə dəstək verməkdir’”, - deyə o əlavə edib.
Həmçinin bildirilib ki, ADY bu ilin I rübündə 4 milyon 441,970 min ton yük daşıyıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 17% çoxdur. (İnterfaks-Azərbaycan)