Azərbaycanla İran arasında baş verən son hadisələr iki ölkə arasındakı yükdaşımalara təsir etməyib, əksinə yükdaşımalar 2 dəfə artıb.
"ADY Konteyner" Türkiyədən Qarabağa - YÜKDAŞIMALARA BAŞLAYIR
FED.az xəbər verir ki, bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin yükdaşımalar departamentinin rəisi Emil Əhmədov açıqlaması zamanı bildirib.
"Çünki kifayət qədər tələbat var. Ona müvafiq olaraq yükləmə-boşaltma işlərini həyata keçirən işçilərin sayı artırılıb, nəticədə, iki dəfə artım var. Bu, həm Azərbaycan-İran, həm də Şimal-Cənub istiqamətində, yəni şimaldan cənuba və cənubdan şimala daşımalarda artım qeydə alınıb",- deyə Emil Əhmədov vurğulayıb. (Apa)